Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan tarixçiləriDavud Axundov

Davud Ağa oğlu Axundov (1918) — memar, tarixçi, Azərbaycan SSR Dövlət Mükafatı laureatı, Beynəlxalq Şərq Akademiyasının fəxri üzvü.

Həyatı[redaktə]
Davud Ağa oğlu 1918-ci ildə Bakı şəhərində anadan olub. 1942-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirib.1968-ci ildə namizədlik, 1980-ci ildə doktorluq dissertasiyasını müdafiə edib.

Dövlət mükafatı laureatı, Beynəlxalq Şərq Akademiyasının fəxri üzvü olan Davud Axundov tarixi abidələrin bərpası istiqamətində böyük işlər görüb. 1942-ci ildən layihəçi-memar kimi əmək fəaliyyətinə başlamış, Bakıda, Sumqayıtda, Ağdamda, Mingəçevirdə və digər şəhərlərdə bir sıra yaşayış binlarının müəllifi olmuşdur.

Qafqaz Albaniyası dövrünün ilk araşdırılması onun işlərindən biridir. Davud Axundov islama qədərki və ondan sonrakı dövrün memarlıq abidələri ilə bağlı elmi araşdırmalar aparıb. O müəllifi Ardı »

Azərbaycan tarixçiləriArif İbrahimli

Arif İbrahimli — Azərbaycan Respublikası Təhsil Şurasının İcra Aparatının rəhbəri, Bakı Dövlət Universitetinin müəllimi (doktorant), şair.

Həyatı[redaktə]
İbrahimov Arif 2 avqust 1978-ci ildə Laçın rayonunun Mişni kəndində anadan olub. 1984-cü ildə Mişni kənd orta məktəbində 1-ci sinifə getmiş, 1995-ci ildə Qaradağ rayonunda yerləşən 7 saylı Laçın şəhər orta məktəbini bitirib. 1998-2000 illərdə hərbi xidmətdə olmuşdur. 2002-ci ildə Bakı Dövlət Universitetinin tarix fakultəsinə qəbul olunmuşdur. 2006-2008 illərdə BDU-nin magistratura pilləsində təhsil almış, "XV əsr Azərbaycan tarixi (Əbubəkr Tehraninin "Kitabi Diyarbəkriyyə" əsəri üzrə) mövzusunda dissertasiya müdafiə etmiş və fərqlənmə diplomu ilə bu pilləni bitirmişdir.

Hal-hazırda BDU-nun tarix fakultəsinin Azərbaycan tarixi kafedrasının doktorantıdır. "Azərbaycanın Qazax, Borçalı və Ardı »

Azərbaycan tarixçiləriHəsənəli xan Qaradaği

Həyatı[redaktə]
Həsənəliağa Xan Qaradağskinin nəsli hələ Şah İsmayıl dövründə görkəmli yer tutmuş Ustaclı elinin Toxmaqlı oymağına bağlıdır. Onun ulu babalarından biri olan I İlyas xəlifə Ustaclı elinin tarixi vətəni sayılan Türkiyənin Sivas vilayətində anadan olub. Mir Möhsün Nəvvab yazır: "Onların əsli İran vilayəti Qaradağ mahalının nəciblərindəndir. 1804-cü ildə Qaradağdan gəlib Qarabağı özlərinə vətən ediblər. Əcdadı Səfəvi padşahlarının hüzurunda xəlifələr xəlifəsi mənsəbində olub".

Məlumdur ki, 1500-cü ildə I İlyas xəlifə başçılıq etdiyi Toxmaqlı oymağı ilə hələ şahlıq taxtına əyləşməmiş İsmayıla qoşulmuş və elliklə Cənubi Azərbaycana, Qaradağa köçmüşdür. I İlyas xəlifə Səfəvilər dövlətinin qurucularından biri hesab olunur. O, I Şah İsmayılın vəfatından (1524) sonra I Ardı »

Azərbaycan tarixçiləriMəmmədəli Şərifli

Məmmədəli Xəlil oğlu Şərifli (20 mart 1909-5 oktyabr 1969)—Azərbaycan tarixçisi, tarix elmləri doktoru, professor.
Həyatı[redaktə]
Məmmədəli Xəlil oğlu 1909-cu il martın 20-də anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycanın bir çox rayonlarında (Göyçay, Qonaqkənd, Şuşa) müəllimlik etmiş, maarif sahəsində çalışmışdır. 1931-ci ildə Azərbaycan Ali Pedaqoji İnstitutunun Tarix fakültəsinə daxil olmuş, 1935-ci ildə təhsilini başa vurmuşdur. 1936-cı ildən ömrünün sonunadək AEA-nın Tarix İnstitutunda çalışmış, 1943-1952-ci illərdə həmin İnstitutun direktor müavini olmuş və direktor vəzifəsini icra etmişdir. 1944-cü ildə namizədlik, 1965-ci ildə doktorluq dissertasiyaları müdafiə etmişdir.

M.X.Şərifli Azərbaycanın orta əsrlər tarixinə dair bir neçə monoqrafiya və 150 elmi məqalənin müəllifidir. O, Azərbaycanın IX-XI əsrlər tarixinin ilk Ardı »

Azərbaycan tarixçiləriİradə Bağırova

İradə Səid qızı Bağırova — Azərbaycan alimi, tarix üzrə elmlər doktoru, AMEA A.Bakıxanov adına Tarix İnstitutunun "Qafqaz tarixi" şöbəsinin müdiri.
Həyatı[redaktə]
İradə Səid qızı Bağırova 1956-cı il fevralın 12-də Bakı şəhərində anadan olmuşdur. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuşdur. 1976-cı ildə əla oxuduğu ilə əlaqədar M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Tarix fakültəsinin üçüncü kursuna qəbul olunmuşdur. 1979-cu ildə MDU-ni bitirdikdən sonra Azərbaycan Respublikası Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutuna təyinat almışdır və həmin İnstitutda baş laborant vəzifəsində çalışmağa başlamışdır. 1982-ci ildən 1985-ci ilədək Tarix İnstitutunun aspiranturasında (əyani şöbəsində) oxuyub. 1979-cu ildən 2004-cü ilədək baş laborantdan aparıcı elmi işçi və şöbə Ardı »

Azərbaycan tarixçiləriOqtay Əfəndiyev - Əsərləri, təltif və mükafatları

Əsərləri[redaktə]
XVI əsrin əvvəllərində Azərbaycan Səfəvilər dövlətinin yaranması (rusca), Bakı, 1961.
Ze Role de Tribus de Za Zangue Turque dan Za Creation de Z'Etat Safavi de "Turcica", t.VI, Paris-Strasbourg, 1975.
Фазлуллах Ибн Рузбихан Хунджи. Тарих-и алам-арайи Амини, Баку, 1987.
The Nomads and The Settled Population of the Middle East in the Past-Mongolian Period. Central Asian Survey, vol.12, №4, Madison,1993.
Azərbaycan Səfəvilər dövləti XVI əsrdə, Bakı, 1981 (rusca); Bakı, 1993 və 2007 (azərbaycanca).
Oruc bəy Bayatın – İranlı Don Juanın kitabı, (A.Fərzəliyevlə birlikdə), Bakı, 1988 (rusca).
Venesiyalılar Şah I Təhmasibin sarayında, Bakı, 2005(azərbaycanca və rusca).
Rusiya və Avropa Oruc bəy Bayatın – İranlı Don Juanın gözü ilə (A.Fərzəliyevlə birlikdə), Sankt-Peterburq, Ardı »

Azərbaycan tarixçiləriNərgiz Axundova

Axundova Nərgiz Çingiz qızı - AMEA-nın müxbir üzvü, AMEA A.Bakıxanov adına Tarix İnstitutunun "Azərbaycanın orta əsrlər tarixi" şöbəsinin baş elmi işçisi, tarix üzrə elmlər doktoru, professor.
Həyatı[redaktə]
Axundova Nərgiz Çingiz qızı 1959-cu ildə Bakı şəhərində anadan olmuşdur. O, 1981-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) şərqşünaslıq fakültəsinin «ərəb dili» şöbəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1981-1983-cü illərdə Azərbaycan Dövlət Universitetinin ixtisasartırma fakültəsində ərəb dili müəllimi, 1983-1986-cı illərdə tarix fakültəsində əyani aspirant, 1986-2012-ci illərdə BDU-nun «Asiya və Afrika ölkələri tarixi» kafedrasında baş laborant, müəllim, dosent, professor vəzifəsində çalışıb. 2012-ci ilin oktyabr ayından AMEA A.M.Bakıxanov adına Tarix İnstitutunun «Azərbaycanın orta əsrlər tarixi» şöbəsində aparıcı elmi işçi Ardı »

Azərbaycan tarixçiləriAxund Mir Məhəmməd Kərim Mircəfərzadə

Axund Mir Məhəmməd Kərim Mircəfərzadə — tarixçi, Bakı qazisi (1904-1918) və Bakı quberniyasında (1907-1916) məclis sədri. Bakı quberniyasının baş qazisi və Bakı Müsəlman Şiə Ruhani İdarəsinin sədri.
Həyatı[redaktə]
14 fevral 1938-ci ildə Ziyalovun imzası ilə Mir Məhəmməd Kərim Mir Cəfər oğlu Mircəfərzadənin həbsi üçün həmin gün order yazılır. Həmin gün də XDİK-nin Maştağa rayon şöbəsi tərəfindən həbs edilir. Rüpresya qurbanı olmuş 2.3.1938

Əsərləri[redaktə]
" Səlib müharibəsi" 2 cild 1913(1331) hicri. - 462 s Ardı »