Azərbaycan tarixçiləri → Nisbət Mehdiyeva
Mehdiyeva Nisbət Canməmməd qızı — tarixçi, tarix elmləri doktoru (1991), professor (1994).
Həyatı[redaktə]
Nisbət Mehdiyeva 1937-ci il yanvarın 1-də Azərbaycanda Şamaxı rayonunun Göylər kəndində anadan olmuşdur. Burada kənd məktəbini bitirdikdən sonra Azərbaycan Döviət Universitetinin tarix fakültəsində təhsil almışdır (1955-1960). Azərbaycan EA-nın Tarix İnstitutunda baş laborant, elmi işçi, ADU-da aspirant (1963-1967), Azərbaycan Dövlət Tibb İnstitutunun Sov.İKP tarixi kafedrasında müəllim və baş müəllim (1967-1973), BDU-nun SSRİ tarixi kafedrasında dosent (1973-1991), BDU-nun Türk və Qafqaz xalqları tarixi kafedrasında professor əvəzi (1991-1994) vəzifələrində olmuşdur. Hazırda kafedranın professorudur (1994-cü ildən). "Azərbaycan Həmkarlar İttifaqının partiyanın rəhbərliyi altında neft sənayesinin bərpası uğrunda mübarizəsi (1921-1925-ci illər)" mövzusunda namizədlik dissertasiyası (1968), "Azərbaycan Ardı »